\"Avro-2012\"-də ilk qarşılaşmaya dəqiqələr qalıb

Bir neçə dəqiqə sonra futbol üzrə Avopa çempionatı start götürəcək. Siasport.az saytının məlumatına görə, Ukrayna və Polşanın ev sahibliyi edəcək turnirdə bu gün 2 görüş keçiriləcək. Belə ki, saat 21:00-da start fiti veriləcək açılış oyununda ilk olaraq Polşa millisi ilə Yunanıstan üz-üzə gələcək.

Qeyd edək ki, günün ikinci qarşılaşması isə, Rusiya və Çexiya milliləri arasında baş tutacaq. Bu oyuna isə, Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. .

Bütün xəbərlər Facebook səhifəmizdə