Azərbaycanlı atlet Avropa Çempionatında bürünc medala sahib olub

Veteran Ağır Atletlər arasında Lənkəranda keçirilən Avropa çempionatında daha bir günə yekun vurulub. Siasport.az saytının məlumatına görə, Azərbaycan ağır atleti Telman Müştaqov 77 kq çəki dərəcəsində təkanla ağırlıq qaldırmada 138 kiloqramın öhdəsindən gələrək ikinci yerin sahibi olub. Məlumat üçün bildirək ki, sabah bu mötəbər turnirə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə