Azərbaycanlı hakimlər öyrənəcəklər

FİBA hakimi Ələkbər Həsənov və Respublika dərəcəli hakim Ruslan Xalıqov iyunun 11-dən 19-na kimi Bolqarıstanın Samokov şəhərində beynəlxalq hakimlik seminarında iştirak edəcək. Siasport.az saytının məlumatına görə, daha sonra Ələkbər Həsənov iyunun 21-dən 25-nə kimi İspaniyanın Gran Kanariya şəhərində FİBA hakimləri üçün hər il keçirilən ənənəvi seminara qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...