Milli Qurtuluş günü münasibəti ilə futbol turnirinə start verilib

Milli Qurtuluş günü münasibəti ilə futbol turnirinə start verilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən iyunun 7-dən etibarən Azərbaycan Dövlət Neft Akademiyası və Qaradağ Təlim İdman Bazasının futbol meydançasında \"15 iyun- Milli Qurtuluş\" gününə həsr olunmuş mini-futbol turniri start götürüb. Baş İdarədən Siasport.az saytına verilən xəbərə görə, turnirdə 8 komanda olmaqla A və B yarımqrupları mübarizə aparır.

Məlumat üçün bildirək ki, A yarımqrupunda "Xırdalan", "Qaradağ-I", "İnam", "Xəzər", B yarımqrupunda isə, "BİFM-I", "BİFM-II", "Əhmədli", "Qaradağ-II" komandaları iştirak edir. Artıq A yarımqrupunda olan komandalar arasında oyunlar keçirilib. Beləliklə baş tutmuş qarşılaşmalarda hesab belə olub: "Xırdalan" – "Xəzər" 1:1, "Qaradağ" – "İnam" 4:1.

Bütün xəbərlər Facebook səhifəmizdə