Voleybol üzrə qadınlardan ibarət "Bakı"və "İqtisadçı" komandaları bu il "Avropa Voleybol Konfederasiyası" kuboku CEV VOLLEYBALL CUP uğrunda mübarizə aparacaq. Voleybol Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, ötən mövsüm "Çağırış Kuboku"nda 2-ci olan "Bakı" klubunun rəqibi Sloveniyanın "Nova KBM Branik MARİBOR" komandası olacaq. Komandamız ilk oyununu doğma divarlar arasında keçirəcək. "Bakı" klubu ilk mərhələdə qalib gəldiyi halda, Almaniyanın Rote Raben VİLSBİBURG- Albaniya Minatori RRESHEN komandalarının qalibi ilə qarşılaşacaq.
Məlumat üçün bildirək ki, digər CEV kubokunda mübarizə aparacaq "İqtisadçı" klubunun rəqibi isə Hollandiyanın SLİEDRECHT Sport komandası olacaq. Universitet komandası da ilk görüşünü evdə keçirəcək. Azərbaycan komandası növbəti mərhələyə adladığı halda Bosniya və Hersoqovina Jedinstvo-BRCKO – Rusiya Omichka OMSK REGİON komandalarının qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, 1/16 final oyunları 23 – 25 oktyabrda, cavab oyunları isə bir həftə sonra keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB