Fərid Quliyev: “ Bu şəhər mənə olduqca doğmadır” - AÇIQLAMA

Fərid Quliyev: “ Bu şəhər mənə olduqca doğmadır” - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "Sumqayıt" Futbol Klubu Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev və Ceyhun Sultanovdan sonra növbəti transferini reallaşdırıb. Siasport.az saytının məlumatına görə, milli komandanın üzvü, son olaraq "Neftçi"nin şərəfini qorumuş futbolçu transferi haqda verdiyi açıqlamasında fikirlərini belə ifadə edib: "Sumqayıt" Futbol Klubu 2012/2013 mövsümündə özündən söz etdirməyi bacaracaq. Bu günə kimi etdiyi transferlər gələcək uğurlardan xəbər verir. Bu şəhər mənə olduqca doğmadır. "Standard"da oynayan zaman ev oyunlarımızı Sumqayıtda keçirirdik. İnşallah bu klubda uğurlu çıxış edib yenidən milli komandamızın heyətinə cəlb olunaram".

Bütün xəbərlər Facebook səhifəmizdə