“Barselona”nın yeni baş məşqçisi ildə 7 milyon avro alacaq

“Barselona”nın yeni baş məşqçisi ildə 7 milyon avro alacaq

İspaniyanın "Barselona" klubunun yeni baş məşqçisi Tito Vilanov ildə 7 milyon avro alacaq. Bu barədə İspaniyanın "El Confidencial" nəşri məlumat dərc edib. Vilanovun köməkçisi isə mövsüm ərzində Qvardiolanın köməkçisindən 2 milyon avro az alacaq.


Ümumilikdə İspaniya çempionatında ən çox maaş alan baş məşqçi Madrid "Real"ının sükanı arxasında əyləşən Joze Moyrinodur. Portuqaliyalı mütəxəssis mayda imzaladığı 4 illik müqaviləyə əsasən ilə 11 milyon avro alacaq.


Xatırladaq ki, Xose Qvardiola 2011-2012 mövsümü başa çatdıqdan sonra "Barselona"nı tərk edib. Hazırda onunla İngiltərənin "Çelsi" klubu yaxından maraqlanır.


42 yaşlı Vilanov isə 2008-ci ildə Qvardiola kluba baş məşqçi gələndən onun köməkçisi vəzifəsində çalışıb. Bu vaxtadək isə o, "Barselona"nın ikinci komandasının məşqçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə