İyunun 8-də Quba Olimpiya İdman Kompleksində FIFA-nın bayrağı altında AFFA tərəfindən qızlar üçün "Live Your Goals" (Öz məqsədini yaşat) festivalı keçiriləcək. Siasport.az saytının məlumatına görə, Azərbaycanda qadın futbolunun təbliğinin gücləndirilməsi, qızların bu idman növünə həvəsləndirilməsi məqsədilə keçirlən tədbirdə çoxsaylı azarkeşlərin və mətbuat nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, bu, sayca üçüncü "Live Your Goals" festivalı olacaq. İlk dəfə bu ilin mart ayında AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçirilmiş festival daha sonra – apreldə Zaqatala Olimpiya İdman Kompleksində təşkil olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB