“Xəzər Lənkəran” Avstriyada ilk məşqinə çıxıb

“Xəzər Lənkəran” Avstriyada ilk məşqinə çıxıb
Yay təlim məşq toplanışı üçün "Xəzər Lənkəran" klubunun heyəti Avstriyanın Zaltsburq şəhərinə yola düşüb. Siasport.az saytının məlumatına görə, məskunlaşdığı Kirxdorf qəsəbəsinin "Das Seivald" mehmanxanasının yaxınlığındakı futbol meydançasında cənublular ilk məşqinə çıxıb.

Məlumat üçün bildirək ki, əsasən topsuz çalışmalar üzərində qurulan hazırlıq 1 saata qədər davam edib. Düşərgəyə icazəli olan Manuel Skarlatake və öz ölkəsinin millisinin düşərgəsində olan Rendal Brenesdən başqa digər bütün legionerlər məşqə qatılıb. Azərbaycan millisinin toplanışından dönən Kamran Ağayev, Elnur Allahverdiyev və Rahid Əmirquliyev isə sabah Avstriyaya yola düşərək toplanışa qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə