AZAL heyətini yeniləyir
AZAL Futbol Klubu yeni mövsümə hazırlıqlara start verib. Siasport.az saytının məlumatına görə, bir neçə futbolçusu ilə müqavilə artıran paytaxt təmsilçisi 3 futbolçu ilə də vidalaşıb. Belə ki, Ervin Bulku, Nuqzar Kvirtiya və Hüseyn Axundovla yollarını ayırıb. Bundan əlavə, Mansur Limani, Mindauqas Daunoraviçius, Robert Petrov və Georgi Bogihu da transferə çıxarılıb.

Məlumat üçün bildirək ki, yeni mövsüm ərəfəsində AZAL klubu heyətini bir neçə futbolçu ilə gücləndirib. Ötən mövsümü "Sumqayıt"da keçirən Yasin Abbasov, Orxan Həsənov, Ruslan Tağızadə Ruslan Məcidov, "Rəvan"dan Tagim Novruzov, "Turan"dan Cavid Tağıyev və "Şuşa"dan Xəyyam Həsənov AZAL klubu müqavilə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə