FİFA-nın göstərişi yerinə yetdi

FİFA-nın göstərişi yerinə yetdi

"FİFA bizə Lənkəran şəhər stadionunda müəyyən yenidənqurma işlərinin aparılması barədə göstəriş vermişdi. Bu arenada artıq işlərin 35 faizini tamamlanmış hesab etmək olar". Siasport.az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O, çempionat başlayana qədər bütün işlərin yekunlaşdırılacağını vurğulayıb: "Dünya çempionatının startına qədər isə bütün işlər tam yekunlaşacaq. Avqustun 1-də 8-ci kilometr qəsəbəsindəki stadionda da bütün işlər tam başa çatacaq. Bu arenanı inşa edən britaniyalılar bütün amilləri nəzərə alıblar. İlk növbədə hava amilini qeyd etmək lazımdır. Çünki Bakının isti yayına rəğmən, ot örtüyündə heç bir problem olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə