Azərbaycanlı idmançıya mötəbər yarışdan dəvət gəlib

İyunun 21-də Sankt-Peterburqdakı Buz arenasında qarışıq döyüş növləri üzrə möhtəşəm gecə keçiriləcək. "Miks Fayt" Döyüş Liqasının mətbuat xidmətindən siasport.az saytına verilən xəbərə görə, gecənin ən maraqlı görüşü məşhur Fyodr Yemelyanenkoyla Pedro Xizzo arasında olacaq. Sevindirici haldır ki, mötəbət döyüş gecəsində "Miks Fayt" Qarışıq Döyüş Liqasının da təmsilçisi olacaq. Təşkilatçılar son illər qazandığı ardıcıl qələbələri nəzərə alaraq azərbaycanlı Bəxtiyar Arzumanova dəvət göndərib. Onun rəqibi Rusiyanın tanınmış idmançılarından biri Mixail Malyutin olacaq.

Məlumat üçün bildirək ki, təcrübəli Malyutin özünü yeni çəkidə 65,8 kq-da sınayır."Ring of Combat,UFC Fan EXPO GrapplingandNaga Grappling Championship" kimi mötəbər turnirlərin qalibi, eyni zamanda dünya çempionudur. Bəziləri Malyutinin karyerasının son illərini yaşadığını düşünsə də, o yüksək səviyyəli çıxışı ilə idmandan ayrılmaq fikrində olmadığını göstərir.Bəxtiyar Arzumanova gəldikdə isə, idmançımız karyerasının ən vacib görüşünə çıxır. Qeyd edək ki, həmyerlimiz hazırda Almaniyada təlim-məşq toplanışındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə