Millimiz Ukrayna yığmasına məğlub olub

Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası Ukraynanın Kiyev şəhərində təlim-məşq toplanışında iştirak edir. Siasport.az saytının məlumatına görə, təlim-məşq çərçivəsində millimiz Ukrayna yığması ilə yoldaşlıq oyunu keçirib.

Məlumat üçün bildirək ki, millimiz bu qarşılaşmada məğlub olub. Belə ki, oyun 5:4 hesabı ilə ukraynalı futbolçuların xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə