“Caspian Cup”da 3-cü yer uğrunda görüşü kimlər idarə edəcək?

“Caspian Cup”da 3-cü yer uğrunda görüşü kimlər idarə edəcək?
AFFA və AccessBank-ın 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında birgə təşkil etdiyi II Caspian Cup beynəlxalq turnirinin oyunları keçiriləcək. Siasport.az saytının məlumatına görə, III yer uğrunda baş tutacaq oyunda Qazaxıstan və və Özbəkistan yığmaları qarşılaşacaq.

Məlumat üçün bildirək ki, "Dalğa Arena"da keçiriləcək görüşün start fiti bu gün saat 16:30-da veriləcək. Oyunu idarə edəcək hakimlərə gəldikdə isə təyinat belə olub:


Hakimlər: Fuad Həsənov, Azər Əsgərov, Həsən Babayev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Məhəmməd Məmmədov.

Bütün xəbərlər Facebook səhifəmizdə