“İnter” Daniel Genovla müqavilə müddətini artırıb

Hazırda Türkiyənin İzmit şəhərinin yaxınlığındaki Kartepe qəsəbəsinin \"Green Park\" mehmanxanasında məskunlaşan "İnter" klubunun heyəti yay təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytının məlumatına görə, klubdan verilən məlumata görə, bolqarıstanlı futbolçu Daniel Genovla müqavilənin müddəti daha bir illiyinə artırılıb.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında Zaqatalanın "Simurq" klubunda keçirən gənc futbolçu iyunun 1-dən "İnter"in təlim-məşq toplanışına qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə