\"Qalatasaray\"lı futbolçular kuboku Azərbaycan bayrağı ilə aldılar

"I Qəbələ Kuboku"nun mükafatlandırma mərasiminə turnirin qalibi \"Qalatasaray\" klubunun futbolçuları Azərbaycan bayrağı ilə çıxıblar. SİA-nın məlumatına görə, finalda Serbiya yığmasına qalib gələn Türkiyə klubunun futbolçularının bu jestinə stadionunu dolduran azərbaycanlı azarkeşlər çılğınlıqla dəstək veriblər.

Turnirin ən yaxşıları və final oyununun hakimləri mükafatlandırıldıqdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov 2 və 3-cü yerin sahiblərinə medallar veriblər.

Birinci yerə çıxan "Qalatasaray"a medalları və kuboku isə "Qəbələ"nin prezidenti Tale Heydərov təqdim edib



Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə