Halim Fıçıcı: \"Azərbaycan futbolunda psixoloji problem var\"

Halim Fıçıcı: \"Azərbaycan futbolunda psixoloji problem var\"

\"Qəbələ\" klubunun uşaq futbolunun bütün yaş qrupları üzrə baş məşqçisi Halim Fıçıcı 15 yaşadək futbolçulardan ibarət komandasının \"Qəbələ Kuboku\"nda iştirakı barədə SİA-nın Qəbələyə ezam olunmuş əməkdaşına açıqlama verib: \"Uşaq futbolunda nəticə önəmli deyil. Bizim akademiyanın 4 yaşı var, ancaq bu turnirdə 100 illik tarixə malik klublarla mübarizə aparırıq. Bu turnirdə futbolçuların qazandıqları təcrübə önəmlidir.


Ümumilikdə Azərbaycan futbolunda psixoloji problem var. Komanda qol buraxdıqdan sonra çökür, sanki bir daha rəqibə qol vura bilməyəcək. Bu problemi aradan qaldırmaq üçün beynəlxalq turnirlərdə daha çox iştirak etmək lazımdır. Bu istiqamətdə gördüyümüz işlərdən biri də odur ki, gələn il akademiyamızda psixoloq fəaliyyətə başlayacaq. Burada qazanılan qələbə bir neçə ildən sonra heç kimin yadında qalmayacaq. Amma yetişdirdiyimiz futbolçuların millidə oynaması daha önəmlidir. Hazırda bu yaş qrupunda ən yaxşı futbolçular bizim komandadadır. Səkkiz nəfərin millidə oynaması bunun sübutudur. Biz futbolçulara komanda qol buraxdıqdan sonra eyni motivasiya ilə oynamağı, ruhdan düşməməyi, komanda oyununa davam etməyi öyrətməyə çalışırıq\".



Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə