Yeniyetmə taekvondoçular arasında Ümumrespublika birinciliyinə yekun vurulub

İyunun 2 və 3-də yeniyetmə taekvondoçular arasında l Ümumrespublika birinciliyi keçirilib. Taekvondo Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, federasiyasının idman zalında baş tutan yarışda, respublikanın 44 müxtəlif şəhər və rayonlarını təmsil edən 61 klubun 300-ə yaxın idmançısı iştirak edib.

Qeyd edək ki, 9 çəki dərəcəsi üzrə mübarizə aparan 1999-2001-ci il təvəllüdlü oğlan və qızlar arasında Azərbaycan birinciliyinin qaliblərinin adları aşağıda göstərilib:

Oğlanlar:

30 kq Ceyhun Əliyev, Şağan

33 kq Toğrul Nəcəfli, Zəngilan

37 kq Anar Aslanov, Fərəh klubu

41 kq Şikar Mədətov, Sumqayıt

45 kq Bəxtiyar Həsənov, Zenit klubu

49 kq Nurlan Fətəliyev, Ağcabədi

53 kq Müşfiq İbrahimov, Əfa klubu

57 kq Məmmədbala Məmmədov, Zəngilan

61 kq Ələsgər Əliyev, 2 saylı litsey

Qızlar:

25 kq Minayə Əkbərova, Ağcabədi

29 kq Aliyə Zeynalova, Zəngilan

33 kq Nərgiz Mirzəyeva, Sumaqayıt

37 kq Şəms İsayeva, Şağan

41 kq Gövharət Dövlətova, Qusar

44 kq Nərminə Talıbova, Musado klubu

47 kq Nuranə Əsgərova, Şəmkir

51 kq Məleykə Quliyeva, Ağcabədi

+59 kq Səmra Qubadlı, Zərdab

Onu da əlavə edək ki, komanda hesabında Ağcabədi birinci pilləni, Zəngilan ikinci, Şağan taekvondoçuları isə üçüncü yeri tutublar. Fərqlənən taekvondoçulara ATF-in müvafiq medal, kubok və diplomları təqdim edilib. Onlar seçmə komandanın heyətinə cəlb edilərək, qarşıdakı yarışlara hazırlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə