İdmançımız erməni rəqibini məğlub etdi

İdmançımız erməni rəqibini məğlub etdi

Batumidə rapid və blits şahmat yarışları üzrə dünya çempionatı keçirilir. Yarışlarda Azərbaycan şahmatçıları Gülnar Məmmədova və Nərgiz Umudova iştirak edirlər.


Rapidin 7-ci turunda Gülnar Məmmədova Ermənistan şahmatçısı Elina Danielyana qalib gəlib, Nərgiz Umudova Nino Qureli (Gürcüstan) ilə heç-heçə oynayıb. Turun yekunlarına görə, Gülnar Məmmədova 3,5 xalla 25-ci yerdə, Nərgiz Umudova hələlik 1 xalla turnir cədvəlinin sonuncu yerindədir.


Liderlər üçlüyünə hər biri 5,5 xal toplamış Hampi Koneru (Hindistan), Antoaneta Stefanova (Bolqarıstan), Katerina Laqno (Ukrayna) daxildirlər. Hindistan şahmatçısı əlavə göstəricilərə görə birinci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə