Dünya Çempionatından növbəti uğur

Ukraynanın Xarkov şəhərində 19 ölkədən 36 komandanın qatıldığı Dünya Çempionatında Yevlax rayonunda fəaliyyət göstərən " Rabitəçi " İdman Klubu 7 nəfərdən ibarət heyyətlə öz qüvvələrini sınayıb. Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının Mətbuat Xidmətinin rəhbəri Anar Bürcəliyevin Siasport.az saytna verdiyi xəbərə görə komanda heyətinə bu yarışda 5-dan qarakəmər ustası, Gənclər arasında yığma komandanın baş məşqçisi Xaləddin Şirinov rəhbərlik edib. Yarışda Namiq İmranov kişilər arasında 65 kq çəki dərəcəsində Dünya Çempionu olub, Ucar rayonundan 12-13 yaş qrupunda 35 kq çəki dərəcəsində Vüqar Əliyev dünya birincisi, 16-17 yaş qurupunda 60 kq çəki dərəcəsində avropa ikincisi olan Əlfaid Abdullayev dünya ikincisi adına layiq görülüb.

Məlumat üçün bildirək ki, 10-11 yaş qrupunda Ülvi Humbətov 30 kq çəki dərəcəsində -2 yerə layiq görülüb. Dünya Çempionatında 8-9 yaş arasında respublika birincisi Arif İsmayılzadə 20 kq çəki dərəcəsində 8 döyüş və Rüstəm Verdiyev 30 kq çəki dərəcəsində 9 döyüş keçirərək tatami üzərində öz qüvvələrini sınayıb. Belə ki, onlarən hər ikisi dünya ikincisi adına layiq görülüb.

Həmçinin Cavid Mustafayev 12-13 yaşlar arasında 30 kq çəki dərəcəsində -2 yerə, Tural Yusubov 40 kq çəki dərəcəsində iki versiyada- B-1 və B-2 versiyalarında tatami üzərində öz qüvvəsini sınayaraq 2 və 3-cü yerə, Zeynəb Səmədova isə, 28 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə