London Olimpiadasına vəsiqə qazanan idmançıya mükafat verilib

London Olimpiadasına vəsiqə qazanan idmançıya mükafat verilib
Gənclər arasında taekvondo üzrə son dünya çempionu və London Olimpiadasının iştirakçısı Fəridə Əzozavaya daha bir mükafat təqdim edilib. Taekvondo Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, perspektivli taekvondoçu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar təşkil etdiyi tədbirdə "Azərbaycanın gələcəyi" diplomu və mükafatına layiq görülüb.

Məlumat üçün bildirək ki, nüfuzlu komitənin, beynəlxalq müsabiqələrdə və yarışlarda qalib gələn və yüksək yerlər tutan uşaq və yeniyetmələr üçün nəzərdə tutduğu "Azərbaycanın gələcəyi" mükafatı, F.Əzizovanın son iki ayda növbəti ictimai mükafatıdır. Apreldə Müstəqil Milli-İctimai "Humay" Mükafatına da sahib olan idmançı London Olimpiadasına son hazırlıqları keçmək üçün Olimpiya komandası ilə birgə hazırda Koreya respublikasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə