İtaliyanın "Yuventus" klubunun 34 yaşlı qapıçısı Canluici Buffonun adı polisin danışılmış oyunlarda iştirak edən şübhəli şəxlərin siyasına düşüb.
"La Gazzetta dello Sport"un məlumatına görə, polis bununla bağlı maraqlı fakt aşkarlayıb. Belə ki, Buffon 2010-cu ilin yanvar-sentyabr ayları müddətində Parmada tütün mağazasının sahibi Massimo Alferi adlı şəxsin adına ümumi həcmi 1,5 milyon avroluq 14 çek yazıb. Bu obyektdə isə İtaliya A seriyası oyunlarının mərci keçirilir.
Hazırda araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB