U-21 bu gün Norveç yığması ilə qarşılaşacaq

U-21 bu gün Norveç yığması ilə qarşılaşacaq
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Norveç yığması ilə qarşı-qarşıya gələcək. Siasport.az saytının məlumatına görə, görüş Norveçin Drammer şəhərində yerləşən Marienlist stadionunda baş tutacaq.

Məlumat üçün bildirək ki, Norveç – Azərbaycan qarşılaşmasının start fiti Bakı vaxtı ilə saat 21:00-da veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə