Azərbaycan futbolçuları rəqiblərinə şans verməyib

"II Caspian Cup" beynəlxalq futbol turnirinin oyunları davam edir. Siasport.az saytının məlumatına görə, turnir cədvəlinə əsasən Azərbaycan və Qazaxıstan futbolçuları qarşılaşıb. "Dalğa Arena"da baş tutan görüşdə 17 yaşlı futbolçulardan ibarət yığmamız rəqibini 4:0 hesabı ilə məğlub edib.

Məlumat üçün bildirək ki, Təbriz Həsənovun baş məşqçiliyi altında Azərbaycan yığmasının heyətində Ağaseyid Qasımov, İlyas Səfərzadə, Mansur Nəhavəndi (k), Müslüm Zarasir, Budaq Nəsirov, Mirkamil Həşimli, Təyyar Mammədov, Fəhmin Muradbəyli, Cem Fələk, Pərviz Qaraxanov, Qazimaqomed Qurbanov, Elnur Cəfərov, Əmrə Hanilce, Sercan Dəmir, Mahir Mədətov mübarizə aparıb.

Qeyd edək ki, M.Mədətov 52, M.Həşimli 58, Y.Voroqovski 68 , F.Muradbəyli isə 72-ci dəqiqədə qapının dəqiq nişan almaqla qolları aktivinə yazdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə