\"Qəbələ\"yə transfer olunan yarımmüdafiəçi Rəşad Abdullayevin SİA-nın Qəbələyə ezam olunmuş müxbirinə verdiyi müsahibəni təqdim edirik:
- Yeni müqavilə nə qədər müddətə nəzərdə tutulub?
- \"Qəbələ\" ilə bir illik müqavilə bağlamışam, davamı olub-olmayacağını gələcəkdə görəcəyik.
- Niyə məhz \"Qəbələ\"?
- Danışıqlar gedirdi, təkliflər var idi. Bu işdə əsas şərtlərdir və \"Qəbələ\"nin şərtləri daha çox xoşuma gəldi, həm də \"Qəbələ\"nin şəraiti göz qabağındadır. Ona görə, \"Qəbələ\"ni seçdim.
- Müsahibələrin birində demişdin ki, mən Avropaya gedəcək komandalara getməyə çalışacağam. Onların şərtləri səni qane etmədi, yoxsa \"Qəbələ\" daha cəlbedici şərtlər irəli sürdü?
- Danışıqlar gedib, hər halda Avropaya gedəcək komanda daha yaxşı olardı. \"Qəbələ\"nin də Avropaya şansı var. Bu il çalışacağıq ki, \"Qəbələ\" həm çempionluğu, həm də Avropaya getməyə vəsiqəni əldə edə bilsin.
- Sənin \"Neftçi\"dən gedəcəyin haqqında xəbər yayılanda bunu təəccüblə qarşıladın və xəbərinin olmadığını dedin...
- Mənim gedişim özümə də aydın olmadı, amma biz futbolçuyuq, hərdən elə vəziyyətlər alınır ki, bəzi şeylər öz əlimizdə olmur. Mən də saytlardan oxudum ki, klub bəzi oyunçularla müqaviləni uzatmır. Bundan sonra mənə edilən təkliflər barədə fikirləşməyə başladım və \"Qəbələ\" ilə razılaşdım.
- Bəzi oyunlarda səni əvəzləyəndə etiraz edirdin, burada ehtiyatda qalsan, etirazın olacaq?
- Orada başqa məsələlər var idi. Yəqin ki, burada əsas heyət oyunçusu olacağam. Bundan sonra nələr olacağını isə gələcək göstərəcək.
-Deyilənə görə, \"Nefçi\" səni saxlamaq istəyib, amma müqavilə şərtləri qane etməyib və sən pulda razılaşmamısan, həqiqətən belədirmi?
- Düzü, bizdə pul söhbəti olmayıb, mən 3 ildir \"Neftçi\"dəyəm, maddi cəhətdən həmişə razılaşmışıq. O biri il məbləği artırırdıq. İndi ola bilər ki, rəhbərliyin hansısa yeni planları olub.
Elgün Aslanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB