İsmayıllı rayonunda Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş Çoxmübarizəli İdman Döyüş Növləri üzrə açıq rayon birinciliyi keçirilib. Rayon birinciliyində yeniyetmələr arasında 10-14 yaş, eləcə də 20-55 və +55, gənclər arasında 15-18 yaş, eləcə də 50 kq-dan başlayaraq 80 kq-dək və +85 kq, kişilər arasında isə 65 kq-dan başlayaraq 90 kq-dək, və +95 kq çəki dərəcələrində olan idmançılar B-2 dozalı Kontakt və B-3 Kontakt versiyaları şəklində tatami üzərində öz qüvvələrini sınayıblar. Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının mətbuat xidmətinin rəhbəri Anar Bürcəliyevin SİA-ya verdiyi məlumata görə, Rayon birinciliyinə Bakı şəhəri üç komanda ilə, Qazax, İsmayıllı, Yevlax rayonu beş komanda tərkibində, Ucar və Göyçay rayonlarının komandaları ümumilikdə 70 yaxın idmançı qatılaraq tatami üzərində öz bacarıqlarını göstəriblər. Açıq rayon birinciliyində Avropa ikincisi, 2-dan qarakəmər ustası olan Ceyhun Hacıyevin tələbəsi Aran İdman Klubundan Eltun Kərimov xüsusi olaraq fərqlənib və o öz rəqiblərini tatami üzərində elə ilk dəqiqələrdəcə məğlub etməyə müvəffəq olaraq 65 kq çəki dərəcəsində -1 yerə layiq görülüb. Komanda hesabı ilə Yevlax komandası 7 qızıl medal götürərək birinci yerə layiq görülüb. İkinci yeri İsmayıllı komandası, üçüncü yerə isə Bakı komandası bölüşüb.
Qeyd etmək lazımdır ki, Çoxmübarizəli İdman Döyüş Növləri üzrə Gürcüstan Respublikasının Uraki şəhərində bu ilin iyul ayında keçiriləcək Dünya Kuboku və oktyabr ayında isə keçirilməsi planlaşdırılan Avropa Çempionatında da idmançılarımız öz güclərini sınayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB