Yaponiya – Gürcüstan qarşılaşmasında qapılara 9 top vuruldu

Yaponiya – Gürcüstan qarşılaşmasında qapılara 9 top vuruldu
Bu gün "II Caspian Cup" beynəlxalq turnirində Yaponiya və Gürcüstanın U-17 komandaları üz-üzə gəlib. Siasport.az saytının məlumatına görə, qarşılaşma "Dalğa Arena"da baş tutub. Qapılara vurulan topların sayı ilə yadda qalan qarşılaşmada Gürcüstan komandası qələbə qazanıb.

Məlumat üçün bildirək ki, Yaponiya yığmasının heyətində Malania, Kerdzevadze, Sulaya və Mesxi hərəyə 1 qolu aktivinə yazdırıb. Zarandia isə dubla imza atıb.

Qeyd edək ki, Yaponiya yığmasında isə Fujimoto 2, Oşima isə 1 qolu qapıdan keçirməyə müvəffəq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə