Paralimpiyaçılarımız London Olimpiadasına hazırlığı davam etdirirlər

Paralimpiyaçılarımız London Olimpiadasına hazırlığı davam etdirirlər
Avropa Cüdo İttifaqının himayəsi ilə Antalyada keçirilən təlim-məşq toplantısında təkcə cüdo üzrə aparıcı yığmalar deyil, həm də paralimpiya komandaları iştirak ediblər. Siasport.az saytı xəbər verir ki, London oyunlarında çıxış edəcək Azərbaycan paralimpiyaçıları Türkiyədə təlim keçməklə yanaşı eyni
zamanda türk idmançılarla qarşılaşıblar. Türkiyə paralimpiya komandasının məşqçisi Gültəkin Sevinc Azərbaycan Cüdo Federasiyasının saytına müsahibəsində yığmamızın potensialını qiymətləndirərək, atletlərin London çıxışlarını proqnozlaşdırıb: "İngiltərədə paralimpiyada çətin keçəcəkdir. Lakin Azərbaycan komandasının çox yaxşı perspektivləri vardır. İkiqat olimpiya çempionu İlham Zəkiyevin (+100 kq) London Olimpiadasının qalibi olmaq üçün yaxşı şansları vardır. Ramin İbrahimovu (60 kq) xüsusi qeyd etmək istərdim. Mənə elə gəlir ki, o, Azərbaycan yığmasında ən texnikalı idmançıdır. Komandanın məşqçisi İbrahim İbrahimovu isə dünyanın ən yaxşı mütəxəssislərindən biri hesab edirəm". Türkiyə yığmasının məşqçisinin fikrincə, İ.Zəkiyevin əsas rəqibi yapon cüdoçusu, R.İbrahimovun rəqibi isə Britaniya idmançısı ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə