Lənkəranın 4 məktəbli şahmatçısı Avropa birinciliyində iştirak edəcək

Lənkəran şəhərindəki şahmat məktəbində 28 May-Respublika Günününə həsr olunmuş məktəblilər arasında şahmat yarışları keçirilib.
Siasport.az saytı xəbər verir ki, 16 yaşınadək məktəblilər arasında İsveçrə sistemi üzrə keçirilən yarışların final mərhələsində 20 məktəbli qələbə uğrunda mübarizə aparıblar. Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib. İyunun 10-da Yunanıstanda keçiriləcək məktəblilər arasında Avropa birinciliyində Lənkəran şahmat məktəbinin 4 yetirməsi iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...