\"Valensiya\"  25 yaşlı meksikalı futbolçunu heyətinə qatıb

\"Valensiya\" 25 yaşlı meksikalı futbolçunu heyətinə qatıb
İspaniyanın \"Valensiya\" futbol klubu, \"Deportivo\"da çıxış edən meksikalı futbolçu Andres Quardadonu heyətinə cəlb edib. Siasport.az saytı xəbər verir ki, \"Deportivo\" ilə müqaviləsi başa çatan futbolçu gələn mövsümdən etibarən \"Valensiya\"nın uğurları üçün çalışacaq. Xatırladaq ki, 2007-ci ildən bəri \"Deportivo\"da çıxış edən 25 yaşlı meksikalı futbolçu, komandasının heyətində 135 oyunda 23 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə