"Qalatasaray" iki futbolçunu transfer etmək istəyir

"Qalatasaray" iki futbolçunu transfer etmək istəyir
İstanbulun "Qalatasaray" futbol klubu transferlərə start verib. Siasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, "cim bom" çoxdandır transfer gündəmində olan "Real"ın türkiyəli futbolçusu Hamit Altıntopu və Almaniyanın "Kaiserslautern" futbol klubunda forma geyən Olcan Şahanı heyətinə qatmağa çox yaxındır. Türkiyənin "Milliyet" qəzeti yazır ki, "Qalatasaray" rəhbərliyi hər iki futbolçunun meneceri ilə İstanbulda danışıq apararaq razılaşma əldə edib. Qəzet yazır ki, "cim bom" rəhbərliyi H.Altıntopla illik 3,5 milyon avroluq müqavilə imzalamağa razı olduğunu menecerinin diqqətinə çatdırıb. Məlumata əsasən, artıq hər iki futbolçunun transfer məsələsi yaxın günlərdə öz həllini tapacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə