Qazaxda kontakt döyüş idman növü üzrə açıq turnir keçirilib

Qazax rayon Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan uşaq, yeniyetmə, gənclər və böyüklər arasında kontakt döyüş idman növü üzrə açıq turnir keçirilib. Turnirin açılışı Azərbaycan respublikasının Dövlət himni ilə başlanılıb. Daha sonra turnirdə iştirak edən Qazax rayon İcra Hakimiyyətinin məsul işçisi Sərdar Orucov, Qazax rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahin Namazov və Gürcüstan respublikası komandasının nümayəndəsi Laşa Şhelya çıxış edərək yarış iştiralçılarını salamlayıb və onlara tatami üzərində uğurlar arzulayıb. Çoxmübarizəli Döyüş İdman növləri federasiyası mətbuat xidmətinin rəhbəri Anar Bürcəliyevin SİA-ya verdiyi məlumata görə, turnirdə Türkiyə, İran, Gürcüstan və Azərbaycan idmançıları iştirak edib. 4 ölkədən ümumilikdə 140 idmançı öz qüvvələrini tatami üzərində sınayıblar. Turnirə Bakı, Qazax, Yevlax, Şəmkir, İmişli, Ağstafa, Ucar, Kəlbəçər, Sumqayıt, Tovuz və Bərdədən 8-18 yaş və kişilər arasından olan komanda üzvləri qatılıblar. Baş hakim, 5-dan qara kəmər ustası Xaləddin Şirinovun rəhbərliyi ilə turniri 12 nəfərdən ibarət hakimlər qrupu idarə edib.


Böyüklər arasında 60 kq çəki dərəcəsində Elvin Həsənov-1 yerə, Sarif Əliyev- 2 yerə, Avropa ikincisi, 2-dan qarakəmər ustası olan Ceyhun Hacıyevin tələbələrindən Vüsal Rəhimov 60 kq çəki dərəcəsində - 1 yerə, Kamil Salahov 35 kq çəki dərəçəsində - 1 yerə, Dünya Çempionu Namiq İmranovun tələbələrindən Elgiz İsgəndərli 25 kq çəki dərəcəsində və Rəvan Əkbərov 20 kq çəki dərəcəsində – 1 yerə, Ucar rayonundan qatılan idmançılardan Fərid Hüseynli 40 kq çəki dərəcəsində, Əli Mütəllimov 26 kq çəki dərəcəsində, Səid Qasımov 23 kq çəki dərəcəsində, Nurlan Hüseynov 35 kq çəki dərəcəsində - 1 yerə, Yevlax rayonunun məşqçisi olan Sadiq Orucovun yetirmələridən Cavanşir Cavanşirli 23 kq çəki dərəcəsində - 1 yerə layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə