Dünya Kuboku və Çempionlar Liqası kimi bir çox yarışlarda futbolsevərləri ən çox həyəcanlandıran penaltı vuruşları bundan sonra tarixdə qala bilər. Siasport.az saytının məlumatına görə FIFA-nın prezidenti Zepp Blatter Macarıstanın paytaxtı Budapeştdə keçirilən konqresdə, bərabərliyin pozulmadığı hallarda penaltı vuruşlarının tətbiqinin futbol ruhuna zidd olduğunu söyləyib. Belə ki, o çıxışında ifadə edib: \"Oyunlarda penaltı zərbələri zamanı futbolda faciə ola bilər. Futbol komanda oyunudur \".
Qeyd edək ki, keçən həftə "Çelsi " və "Bavariya" arasında keçirilmiş Çempionlar Liqası finalının qarşılaşmasında mövzunun təkrar gündəmə gəlməsindən sonra Blatter tətbiqin dəyişə biləcəyini deyib. Franz Bekenbaverə səslənən FIFA -nın sədri: \"Bəlkə bu mövzuda hörmətli Bekenbaur bizə bir yol göstərə bilər\", deyib.
Xatırladaq ki, 1994 və 2006 Dünya Kuboku finalının xaricində bir çox Avropa Çempionatı və Çempionlar Liqasının finalında qalibləri penaltı vuruşları təyin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB