Kempo üzrə açıq Bakı şəhər turniri keçirilib

Kempo üzrə açıq Bakı şəhər turniri keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində "28 May Respublika günü"nə həsr olunmuş kempo üzrə açıq Bakı şəhər turniri keçirilib. Siasport.az saytının məlumatına görə, turnirdə "Toğrul" İK, "DİN" İC, Polis Akademiyası, Şəmkir OİK, Hövsan OİK, Gəncə "DİN" İC, "Ruslan" İK, Qarabağ İK, Braziliya Cu-citsu məktəbi, Pirallahı OİK, Qaradağ rayonu Müşviq İdman Sağlamlıq Mərkəzi və Uşu-sanda məktəbini təmsil edən 120 idmançı iştirak edib.

Məlumat üçün bildirək ki, yarışda 9-11 yaş qrupu arasında 25 kq çəki dərəcəsində submission və qraplinq növləri üzrə I yerə Nəzərli Tünhan ("Toğrul" İK), II yerə Mehdizadə Seyidəli ("Toğrul" İK), III yerə Hüseynov Hikmət (Gəncə), 30 kq çəki dərəcəsində I yerə Talıbov Nazir ("Toğrul" İK), II yerə İbrahimli Toğrul ("Toğrul" İK), III yerə Zeynalov Asəf (Hövsan OİK), 35 kq çəki dərəcəsində I yerə Səlimli Əmrah ("Toğrul" İK), II yerə Eyvazov Samir (DİN İC), III yerə Mirzəzadə Yusif ("Toğrul" İK), 40 kq çəki dərəcəsində I yerə Məlikov Bilal ("Toğrul" İK), II yerə Allahverdiyev Nicat (DİN İC), III yerə Zülfüqarov Anar (Müşviq İSM) layiq görülüb.

Qeyd edək ki, turnirdə I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə