AFFA mövqeyini açıqlayıb
Son günlər Azərbaycan idman ictimaiyyətinin ən çox müzakirə etdiyi məsələ, \"Qalatasaray\" və \"Fənərbaxça\" arasında Türkiyə Superliqasının final qarşılaşmasının Bakıda keçirilib-keçirilməyəcəyi ilə bağlıdır. Siasport.az saytı xəbər verir ki, artıq AFFA rəsmiləri də Türkiyə Superkuboku uğrunda "Qalatasaray"–"Fənərbaxça" oyununun Bakıda keçirilib-keçirilməyəcəyinə rəsmi mövqelərini açıqlayıblar.
Assosiasiyanın baş katibi Elxan Məmmədov bu məsələ ilə bağlı hələlik Türkiyə Futbol Federasiyasından (TFF) rəsmi təklif almadıqlarını bildirərək əlavə edib ki, "Türkiyə Superkubokunun Bakıda keçirilməsi mövzusu haqqında danışmaq hələ tezdir. Biz TFF-dən gələcək bir dəvətdən sonra bu məsələni dəyərləndirə bilərik.\" Qeyd edək ki, "Qalatasaray" son çempion, "Fənərbaxça" da Kubokun sahibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə