Bakıda II Caspian Cup beynəlxalq turniri keçiriləcək

Bakıda II Caspian Cup beynəlxalq turniri keçiriləcək
Mayın 30-dan iyunun 4-dək Bakıda AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında II Caspian Cup beynəlxalq turniri keçiriləcək.
Siasport.az saytı xəbər verir ki, Türkmənistanın müvafiq yaş qrupundan ibarət yığma komandasının texniki məsələlərlə əlaqədar turnirdə iştirak etməyəcəyi müəyyənləşib. Türkmənistan yığmasının əvəzinə II Caspian Cup turnirində Litvanın U-17 komandası çıxış edəcək.
Turnirdə Azərbaycan millisi ilə yanaşı, Litva, Qazaxıstan, Türkiyə, Gürcüstan, Qırğızıstan, Yaponiya və Özbəkistan yığmaları da mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə