İstanbulun
"Qalatasaray" futbol komandasında qalıb-qalmayacağı hələ də müzakirə mövzusu olan Braziliyalı
futbolçu Felip Melo, ölkəsindən gələn transfer təklifləri ilə bağlı
mətbuata açıqlama verib. Siasport.az saytının Turkiyə mətbuatına
istinadən verdiyi məlumata görə "sarı-qırmızılı" klubda qalmaq
istədiyini açıqlayan F. Melo, "Mövsümü çempion olaraq başa vurduq.
Möhtəşəm texniki heyətimiz var" deyə bildirib. Gələcək mövsüm ya
"Qalatasaray"da ola biləcəyini, ya da "Yuventus"da qalacağını deyən
ulduz oyuncu, hər şeyin yaxın zamanda müəyyən olacağını ifadə edib.
Komandanın idarə heyəti isə "Qalatasaray"da qalmaq istəyən braziliyalı futbolçunun maaşında fədakarlıq etməsinin vacib olduğunu bildirib.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB