Sərbəst güləş üzrə Azərbaycan yığma komandası London Yay Olimpiya Oyunları üçün mayın 22-dən etibarən Qəbələ rayonunda təlim-məşq toplantısına başlayıb. Siasport.az saytının məlumatına görə, baş məşqçi Saypulla Absaidov və böyük məşqçı Firdovsi Umudovun rəhbərliyi altında Qəbələyə 14 pəhləvanımız yollanıb. İyunun 9-dək davam edəcək məşqlərdə London Olimpiadasına vəsiqə qazanmış güləşçilərimiz, eləcə də hər an onları əvəzləyəcək olan idmançılarımız iştirak edirlər. Olimpiadaya yollanacaq idmançılarımız vətənimizi uğurla təmsil etmək üçün 20 gün ərzində xüsusi proqram əsasında Qəbələdə hazırlıq keçəcəklər.
(Toğrul
Əsgərov, Hacı Əliyev (60 kq), Cəbrayıl Həsənov, Ruslan Dibirhacıyev,
Ağahüseyn Mustafayev (66 kq), Əşrəf Əliyev, Aleksandr Qostiyev (74 kq),
Şərif Şərifov, Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov, Hacı
Əlicanov, Hacı Şərifov (96 kq), Cəmaləddin Məhəmmədov və Əli
Maqomedabirov )
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB