Azərbaycan-Andorra görüşünü almaniyalı hakim idarə edəcək

Azərbaycan-Andorra görüşünü almaniyalı hakim idarə edəcək
Mayın 30-da Almaniyanın Frankfurt şəhərindəki "Viktoria Kelsterbach" stadionunda futbol üzrə Azərbaycan və Andorra milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər briqadası artıq müəyyənləşib.
Siasport.az saytı AFFA-ya istinadən xəbər verir ki, oyunu almaniyalı baş hakim Miçael Veiner idarə edəcək. Ona həmyerliləri Holger Henxel və Kristof Bornhorst kömək edəcəklər. Matçın dördüncü hakimi isə lüksemburqlu Laurent Kopriva olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə