Hamit Altıntop "Qalatasaray"ı deyil, "Hamburg"u seçdi!

Hamit Altıntop "Qalatasaray"ı deyil, "Hamburg"u seçdi!
İstanbulun "Qalatasaray" futbol klubunun transfer etmək istədiyi türk futbolçu Türkiyə Superliqasında çıxış etmək istəmir. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Fatih Terimin də sərəncamında görmək istədiyi Madrid "Real"ının türkiyəli forvardı Hamit Altıntop, Almaniyanın "Hamburg" komandasında çıxış etməyə qərar verib. Türkiyənin nüfuzlu "Hüriyyet" qəzeti yazır ki, əvvəllər də Almaniya Bundesliqasında top qovan H.Altıntop artıq "Hambug"lu menecerlərlə razılığa gəlib və gələn ay "Real"dan ayrılaraq Almaniaya üz tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə