Mişel Platini: "Mən Türkiyənin xeyrinə səs verəcəm"

Mişel Platini: "Mən Türkiyənin xeyrinə səs verəcəm"
UEFA Prezidenti Mişel Platini qardaş Türkiyə ilə bağlı ciddi açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, Macarıstanda səfərdə olan UEFA rəhbəri, Türkiyənin 2020-ci ildə keçiriləcək Olimpiada ilə yanaşı, həm də Avro-2020-yə öz namizədliyini irəli sürməsini mənfi qarşılayıb. M.Platini hesab edir ki, Rəsmi Ankara bu iki tədbirdən birini seçməlidir. M.Platini Türkiyəni məhz Avro-2020-ni seçməyə çağırıb: "Əgər Türkiyə Avro-2020-yə ev sahibliyi etmək istəsə, şəxsən mən Türkiyənin xeyrinə səs verəcəyəm"-deyə UEFA prezidenti fikrini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə