İdmançılarımız London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib
İsveçrənin Lütsern şəhərində keçirilən akademik avarçəkmə üzrə Yekun Olimpiya Təsnifat Reqatasına yekun vurulub. Siasport.az saytının verdiyi məlumata görə yarışda Azərbaycanı Aleksandr Aleksandrov və Boris Yotov təmsil edib.İdmançılarımız finalda 3-cü yer ilə kifayyətlənib . 2 nəfərlik qayıqla (M2X) mübarizə aparan cütlüyümüz 2000 metr məsafəni 6 dəqiqə 27,99 saniyəyə qət ediblər. Bununla da Aleksandrov və Yotov 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib. İlk 2 pillələrə italiyalı Alessio Sartor- Romano Battisti (6:27.13) və ukraynalı Dmitri Mixay ilə Artyom Morozov (6:27.46) yiyələniblər. Azərbaycanlı duetin olimpiadaya yollana bilməsinə cəmi 0,53 saniyəsi mane olub. Aleksandrov hələ ötənil dünya çempionatında uğurlu çıxışı sayəsində 1 nəfərlik qayıqla (M1X) olimpiya lisenziyasını təmin etmişdi. O, bu vəzifənin öhdəsindən gələ bilmədiyi üçün Londonda 2nəfərlik qayıqla mübarizə apara bilməyəcək .
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB