Joze Maurinyo İstanbulda Fatih Terimi və "Qalatasaray"ı təriflədi

Joze Maurinyo İstanbulda Fatih Terimi və "Qalatasaray"ı təriflədi
İstanbulda səfərdə olan Madrid "Real"ının portuqaliyalı baş məşqçisi Joze Maurinyo, bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, İstanbula heyranlığını dilə gətirən J.Maurinyo, türkiyəli jurnalistlərin "Qalatasaray"a baş məşqçi gələrsinizmi?" sualına cavabında bildirib ki, İstanbul klubunun Fatih Terim kimi məşhur və təcrübəli baş məşqçisi olduğu halda "Qalatasaray"ın ona ehtiyacının olduğunu düşünmür. J.Maurinyo, həmçinin hələ "Porto" da çalışdığı vaxtlarda ona məşqçilik təklif edən ilk xarici futbol klubunun "Fənərbaxça" olduğunu da dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə