Dünən Azərbaycan millisinin Yaponiya ilə qarşılaşmada göstərdiyi
acınacaqlı nəticə, gündoğar ölkənin mətbuatında da ciddi müzakirə
olunub. Siasport.az saytı xəbər verir ki, Yaponiyanın nüfuzlu "Japan
times" nəşri, oyun barədə geniş yazı dərc edərək, milli komandamızın
aşağı səviyyəli oyun göstərdiyini xüsusi ilə qeyd edib.
Futbolçularımızın ustalıq səviyyəsinin aşağı
olduğunu vurğulayan asiyalılar daha çox qapıçımız Kamran Ağayevi
fərqləndiriblər. Onların fikrincə, Ağayev komandamızı böyükhesablı
mıəğlubiyyətdən qurtarıb. Ən maraqlısı odur ki, rəqibim heyətində ulduz
futbolçulardan sayılan
Dortmund "Borussiya"sının da əsas heyət üzvü olan Şinci Kaqava, qəzetə
açıqlamasında bildirib ki, Azərbaycan millisi olduqca zəif oyun nümayiş
etdirib: "Nəticə tam
qanunauyğundu. Necə deyərlər, hər şey öz yerini tutdu. Biz rəqibdən daha
güclü idik. Baxmayaraq ki, daha böyükhesablı qələbə qazana bilərdik.
Çünki 2:0-dan sonra qol vurmaq üçün bir xeyli imkanımız da oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB