"Fənərbaxça"nı Çempionlar Liqasında asan rəqiblər gözləyir

"Fənərbaxça"nı Çempionlar Liqasında asan rəqiblər gözləyir
İstanbulun "Fənərbaxça"futbol klubu, UEFA Çempionlar Liqasında iştirak edəcəyi təqdirdə nisbətən asan rəqiblərlə üz-üzə gələcək. Siasport.az sayt xəbər verir ki, İstanbul nəhəngi 3-cü təsnifat mərhələsində Belçikanın "Brügge", Rumunıyanın "Vasliu", Hollandiyanın "Feyenoord" və Şotlandiyanın "Mothervell" klublarından biri ilə qarşılaşacaq. Təsnifar mərhələsinin 4-cü turuna adlayacağı təqdirdə "sarı lacivərtlilər" Portiyqaliya "Braqa"sı, Kiyev "Dinamo"u və Yunanıstan "Oluimpiakos"u, Danimarka "Kopanhegen"i və Moskva "Spartak"ından biri ilə üz-üzə gələcəklər. Xatırladaq ki, UEFA, futbolda qanunsiz oyun alqı-satqısında ittiham olunan İstanbul klubunu keçən il Çempionlar Liqasına buraxmamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə