\"Neftçi\"nin Çempionlar Liqasındakı daha bir rəqibi də müəyyənləşdi

Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Bakının \"Neftçi\" klubunun turnirin ikinci təsnifat mərhələsindəki sonuncu potensial rəqibi də müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, bu, tarixi ərzində ilk dəfə Bolqarıstan çempionu olan \"Ludoqorets\" klubudur. Çemionatın son turunda öz meydanında lider CSKA (Sofiya) klubu ilə qarşılaşan \"Ludoqorets\" rəqibini tək qolla keçib. Matçın 19-cu dəqiqəsində İvanovun vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb - 1:0.
Bu nəticə ilə Sofiya təmsilçisini 1 xal qabaqlayan \"Ludoqorets\" (70-69) ilk dəfə çempionatın qızıl medallarına sahib çıxıb. Cari mövsüm ölkə kubokuna da yiyələnən \"Ludoqorets\" klubu Bolqarıstanı Çempionlar Liqasında təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...