2020-ci ildə Olimpiya oyunlarını keçirmək hüququ uğrunda mübarizəni İstanbul, Tokio və Madrid davam edəcək, Bakı və Doha isə seçim turunu keçə bilməyib. SİA-nın məlumatına görə, bu barədə məlumatı Beynəlxalq Olimpiya Komitəsi yayıb. Məlumatda deyilir ki, dünən Kanadanın Kvebek şəhərində keçirilən seçim turunda Bakı şort-listə daxil ola bilməyib.
Qalib ölkə isə 7 sentyabr 2013-cü ildə Buenos-Ayresdə keçiriləcək mərasimdə elan olunacaq.
Xatırladaq ki, Olimpiya-2016-nın keçirilməsinə də namizədliyini irəli sürən Bakı bu seçim turundan da keçə bilməmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB