Elxan Məmmədov FİFA-nın konqresinə qatılıb

AFFA-nın baş katibi Elxan Məmmədov Budapeştə səfərə gedib. Siasport.az saytı xəbər verir ki, baş katib FİFA-nın Macarıstan paytaxtında keçirilən 62-ci konqresində iştirak edəcək. Məlumata əsasən, E.Məmmədov FİFA-nın konqresində iştirak etməklə yanaşı, eyni zamanda səfər çərçivəsində bir sıra görüşlər də keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə