“Neftçi”nin yeniyetmə futbolçuları bürübc medallar qazanıblar

“Neftçi”nin yeniyetmə futbolçuları bürübc medallar qazanıblar
"Neftçi"nin yeniyetmə futbolçulardan ibarət komandası U-16 liqasının bürünc medallarına sahib olub.
Siasport.az saytı xəbər verir ki, klub rəhbərliyi bu münasibətlə komandanın məşqçi heyəti və futbolçuları ilə görüş keçirib. Görüşdə "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanovla yanaşı, klubun icraçı direktoru Mübariz Xudiyev və 277 saylı idman təmayüllü tam orta məktəbin direktoru Ayaz Süleymanov iştirak ediblər.
Klubun vitse-prezidenti T.Süleymanov "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun təbrikini futbolçulara çatdıraraq, bu futbolçuların gələcəkdə daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə