Dortmund "Borrusiya"sı yaponiyalı futbolçusuna 20 milyon avro qiymət qoydu!
Almaniya çempionu olan Dortmund "Borrusiya"sı, yaponiyalı futbolçusu
Şinji Kagavanın iransfer qiymətini açıqlayıb. Siasport.az saytı xəbər
verir ki, son günlər daha çox "Mançester Yunayted"in transfer
siyahısında adı hallanan yaponiyalı futbolçu üçün son Almaniya çempionu
nə az, nə çox, düz 20 milyon avro transfer qiyməti müəyyənləşdirib.
Vaxtı ilə Yaponiya ikinci liqasının "Grezo Osaka" komandasından 350 min
avroya alman klubuna transfer olunan 23 yaşlı yaponiyalı futbolçu,
komandada göstərdiyi texnikalı və yaradıcı futbolu ilə Bundesliqanın ən
sərrast futbolçuları siyahısına daxil olub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB